21 iyul 2013 01:25
Fenerbahçe Lənkərandadı (FOTOLAR)
Bu gün yeni mövsümə hazırlıq çərçivəsində "Xəzər Lənkəran"la yoldaşlıq görüşü keçirəcək Türkiyənin "Fenerbahçe" klubu artıq Lənkərandadı. Azerisport.az xəbər verir ki, İstanbul nəhəngi Lənkərana 23 nəfərlik heyətlə gəlib.
Türkiyə klubunu Lənkəran şəhərinin hava limanında çoxlu sayda “Fenerbahçe” azarkeşi qarşılayıb.
“Fenerbahçe” Azərbaycana bu heyətlə təşrif buyurub:
Volkan Dəmirəl, Sərkan Kırıntılı, Mərt Günok, Sərdar Kəsimal, Yozef Yobo, Bəkir İrtəgün, Həsən Əli Kaldırım, Bruno Alveş, Mikal Kadleç, Caner Erkin, Miloş Krasiç, Mehmet Topuz, Əmrə Bəlözoğlu, Səlcuk Şahin, Kristian Baroni, Alper Potuk, Mehmet Topal, Raul Meyreleş, Miroslav Stok, Dirk Kuyt, Samuel Holmen, Mussa Sou, Pyer Vebo.
Qeyd edək ki, "Xəzər Lənkəran" - "Fənərbaxça" oyunu Lənkəran şəhər stadionunda keçiriləcək və saat 21:00-da başlayacaq.
