20 iyul 2013 14:05
Bakının Udinese ilə oyununun başlama saatı müəyyənləşdi
“Bakı”nın İtaliyanın “Udinese” klubu ilə keçirəcəyi yoxlama matçının başlama saatı müəyyənləşib. Azerisport.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb.
Məlumatda bildirilir ki, iyulun 21-də keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 20:30-da start götürəcək.
İtaliyalı həmkarlarımız onu da qeyd ediblər ki, “Udinese”nin baş məşqçisi Françesko Qvidolin bu oyunda əsasən çox nadir hallarda əsas heyətə düşən futbolçulara şans verməyi planlaşdırır.
