20 iyul 2013 14:43
Fenerbahçe Lənkərana darmadağınla gəlir (VİDEO)
Sabah Lənkəranda “Xəzər Lənkəran”la yoldaşlıq görüşü keçirəcək Türkiyənin “Fenerbahçe” klubu ötən gün ilk yoxlama oyununda qüvvəsini sınayıb. Azerisport.az.az xəbər verir ki, “sarı bülbüllər” PTT Birinci Liqa təmsilçisi “Boluspor”la qarşılaşıb.
Matç İstanbul nəhənginin 4:0 hesablı qələbəsi ilə başa çatıb. "Fənər"in qollarına Əmrə Belözoğlu, Kristian Baroni, Pyer Vebo və Bəkir İrtegün imza atıb.
Qeyd edək ki, “Fenerbahçe” Azərbaycana bu gün gələcək. “Xəzər Lənkəran” – “Fenerbahçe” matçı isə sabah keçiriləcək və saat 21:00-da start götürəcək.
