20 iyul 2013 14:27

Maksim Medvedev: Bu heyət ötən il bizdə olsaydı, indi hər şey tam fərqli olardı

“Qarabağ”ın müdafiəçisi Maksim Medvedevin azerisport.az saytına müsahibəsi
 
- Avroliqanın ikinci təsnifat mərhələsi çərçivəsində Polşa “Piast”ına evdə çətinliklə qalib gəldiniz. İlk oyunla bağlı nə deyə bilərsiz?
- Bu oyun keçmiş rəqibimiz “Rosenborg”u yadıma saldı. Oxşar komandalardı. İlk dəqiqələrdən hava ötürmələrinə üstünlük verməyə başladılar. Bizim ən uca boya malik futbolçumuz Admir Teli də bu baxımdan onlardan geri qalırdı. Ona görə oyuna yaxşı başlamadıq. Yalnız ikinci hissədə öz oyunumuzu göstərə bildik. Görünür, rəqib fasilədən sonra yorulmuşdu. Həm də Qurban Qurbanov vaxtında dəyişiklik etdi. Leroy Corcun Namiq Yusifovu əvəzləməsi çox şeyi dəyişdi.
 
- Rəqibin ilk dəqiqələrdən belə oynayacağını gözləmirdiniz?
- Biz onların necə oynadığını bilirdik. Amma ilk dəqiqələrdən bizim öz oyunmuz alınmadı.
 
- “Piast”ı gözlədiyinizdən də güclü rəqib saymaq olar?
- Deməzdim. Bütün oyun boyu onlar qapıya cəmi bir normal zərbə endirdilər, o da qol oldu. Onlar sadəcə bizim boyumuzun balaca olmasından yararlanmağa çalışırdılar.
 
- Cavab matçından nə gözləyək?
- Bizə cavab görüşündə daha çətin olacaq. Amma digər tərəfdən artıq rəqibin nəyə qadir olduğunu bilirik.
 
- Yəqin ki, rəqib komanda azarkeşlərinin gözü qarşısında daha aqressiv futbol sərgiləyəcək?
- Bu, təbiidi. Əgər onlar səfərdə hücumda bir futbolçu ilə çıxış edirilərsə, yəqin ki, ev oyununda iki və ya üç hücumçuya güvənəcəklər.
 
- Komandanızın hücum xətti o qədər də inamlı təsir bağışlamır. Sizcə, bu heyətlə “Qarabağ” Avroliqada daha da irəli getməyə qadirdi?
- Nikolas Gelaşvilinin son oyunda qol vəziyyətləri oldu. Amma hələlik son nöqtəni qoya bilmir. Fikrimcə, ona vaxt lazımdı. İndidən bu futbolçunu tənqid etmək doğru olmaz. Almeyda ilə Reynaldo qol vurursa, deməli, hər şey yaxşıdı. Onlarla yanaşı Kapolonqo da var. Məncə, bu futbolçular ötən il “Qarabağ”ın heyətində olsaydılar, indi hər şey tam fərqli olardı.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.