20 iyul 2013 21:00
Sumqayıt Gürcüstanda 2-ci qələbəsini qazandı (YENİLƏNİB)
Hazırlığının ikinci mərhələsini Gürcüstanda davam etdirən "Sumqayıt" bu gün qonşu ölkədə ikinci yoxlama görüşünə çıxıb. Azerisport.az xəbər verir ki, Aqil Məmmədovun rəhbərlik etdiyi komanda Premyer Liqa təmsilçisi "Merani Martvili" ilə üz-üzə gəlib.
Görüş təmsilçimizin qələbəsiylə başa çatıb. Sumqayıtlıların qollarına Nurlan Novruzovla Vüqar Əsgərov imza atıb.
Qeyd edək ki, “Sumqayıt” bundan öncə birinci liqada yarışan “Mertsxali” ilə qarşılaşmış və 3:0 hesabıyla qalib gəlmişdi.
"Sumqayıt" Gürcüstandakı 3-cü yoxlama oyununu "Quriya Lançxuti"yə qarşı keçirəcək.
Yoxlama oyunu
20 iyul
Sumqayıt - Merani Martvili - 2:1
