20 iyul 2013 15:45
“Neftçi Azərbaycanda ən varlı klubdu”
Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində Azərbaycan çempionu “Neftçi” ilə Albaniya “Skenderbeu”sunun potensial rəqibi olan Qazaxıstanın “Şaxtyor” klubunun baş məşqçisi Viktor Kumıkov ötən gün baş tutan püşkatmanın nəticəsini dəyərləndirib. Azerisport.az xəbər verir ki, o, yerli mətbuata müsahibəsində bunları söyləyib:
“Neftçi” Azərbaycanda ən varlı klubdu. “Skenderbeu” da Albaniyada son üç ildə ardıcıl çempion olur. Bizimlə müqayisədə hər ikisi yüksək səviyyəli komandadı. Amma BATE də güclü komandadı. Biz yalnız Belarus təmsilçisini keçdikdən sonra növbəti rəqiblərimiz barədə düşünə bilərik”.
Qeyd edək ki, “Şaxtyor” BATE-yə səfərdə keçirilmiş ilk oyunda 1:0 hesabıyla qalib gəlib və mərhələ keçmək şansları nisbətən yüksəkdi. “Neftçi” isə “Skenderbeu” ilə evdə qolsuz heç-heçəyə razılaşdığından, hələlik bu klublardan hansının mərhələ keçəcəyi barədə dəqiq mülahizə yürütmək olmur.