21 iyul 2013 20:10
Xəzər Lənkəranın Fenerbahçe ilə oyununu Rövnəq Abdullayev də izləyəcək
Bu gün Lənkəranda yerli “Xəzər Lənkəran”la Türkiyənin “Fenerbahçe” klubu arasında yoldaşlıq matçı keçiriləcək. Azerisport.az xəbər verir ki, bu qarşılaşmanı AFFA prezidenti Rövnəq Abdullayev də izləyəcək.
Artıq o bu məqsədlə Lənkərana yollanıb.
