21 iyul 2013 20:31
Xəzər Lənkəranın Fenerbahçe ilə matçında qalmaqallı erməni jurnalist
Təxminən yarım saat sonra Lənkəranda yerli “Xəzər Lənkəran”la Türkiyənin “Fenerbahçe” klubu arasında yoldaşlıq matçı keçiriləcək. Azerisport.az xəbər verir ki, bu görüşü işıqlandırmaq üçün qardaş ölkədən 40-a yaxın media təmsilçisi ölkəmizə təşrif buyurub.
Onların arasında LİG TV-nin erməni əsilli türk jurnalisti Loran Vayloyan da var. Qeyd edək ki, bu şəxs "Galataaray"ın baş məşqçisi Fatih Terim tərəfindən mətbuat konfransından qovulmasından sonra Türkiyədə məşhurlaşıb.
