21 iyul 2013 23:35
Con Toşak: Səviyyə fərqi sözünü dedi
“Xəzər Lənkəran”ın baş məşqçisi Con Toşak bu gün Lənkəranda Türkiyənin “Fenerbahçe” klubuna qarşı keçirilmiş yoldaşlıq matçından sonra fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, 0:4 hesabıyla uduzduqları görüşdən sonra bunları söyləyib:
“Səviyyə fərqi sözünü dedi. Lakin hesab oyuna görə olmadı. İstənilən halda fikrimcə, belə oyunlar komandama təcrübə qazanmaq üçün lazımdı. Bu oyun “Xəzər Lənkəran”ın “Maccabi” (Hayfa, İsrail) ilə matça yaxşı hazırlaşmasına kömək edəcək”.