22 iyul 2013 00:13
Futbolçularımızın klubunda şok: baş məşqçi istefa verdi
Türkiyənin “Denizlispor” klubu şok istefa ilə sarsılıb. Azerisport.az xəbər verir ki, Arif İsayevlə Saşa Yunisoğlunun çıxış etdiyi bu komanda baş məşqçisiz qalıb.
Belə ki, komandanın baş məşqçisi Özcan Bizati istefa verib. Bu barədə klubun rəsmi saytı açıqlama yayıb.
Açıqlamada deyilir ki, baş məşqçi və futbol şöbəsinin rəsmiləri arasında keçirilən görüşdən sonra belə bir qərar qəbul olunub. Hər iki tərəf istefanın komanda üçün xeyirli olacağı qərarına gəliblər.
“Denizlispor”un yeni baş məşqçisinin kim olacağı hələlik bilinmir.
