21 iyul 2013 11:06
Mirel Yosa: Bakıda təmiz futbol oynamışıq!
UEFA Çempionlar Liqasında Azərbaycan çempionu “Neftçi”nin rəqibi olan Albaniyanın “Skenderbeu” klubunun baş məşqşçisi Mirel Yosa yerli mətbuata müsahibə verib. Azerisport.az sizi həmin müsahibə ilə tanış edir.
- “Neftçi” ilə Bakıdakı heç-heçə (0:0) “Skenderbeu”nu nə dərəcədə qane etdi?
- Məni təkcə nəticə yox, həm də komandanın sərgilədiyi oyun qane etdi. Amma eyni zamanda bizə arxayınlaşmamaq da lazımdı. Eyforiyaya qapılmaq olmaz. Bakıda başladığımız işi Korçedə tamamlamalıyıq. Əlbəttə, ilk oyunda uduza da bilərdik, uda da. Lakin bu nəticə də qənaətbəxşdi.

- “Skenderbeu”nu Bakıda həddən artıq qapalı futbol oynamaqda ittiham edirlər...
- Bu, belə deyil. Birinci hissədə bir neçə qol vəziyyəti yaratdıq. Biz güclü komandaya qarşı oynayırdıq. Bu üzdən belə bir rəqibə qarşı tam açılmaq istəmirdik.
- Albaniyada da belə oynayacaqsız?
- Bizim ənənəvi taktikamız 4-1-4-1-di. Hələ ki, bu taktika ilə oynamaq bizə fayda gətirir.

- Azərbaycanlı azarkeşlər çox aqressiv idilər?
- Qətiyyən! Onlar sadəcə öz komandalarını dəstəkləyirdilər. Fikrimcə, onlar bunu çox yaxşı bacardılar. Azarkeşlərimizin Korçedə bizi də bu cür dəstəkləməsinə çox sevinərdim.

- Futbolçularınızın tez-tez vaxt öldürməsi barədə ittihamları necə qəbul edirsiz?
- Mən heç vaxt futbolçularımdan xahiş etməmişəm ki, qəsdən vaxt öldürün. Azərbaycanlı jurnalistlər istədiklərini deyə və yaza bilərlər. Amma biz həmişəm təmiz və dəqiq futbol oynamışıq.

- Sizə elə gəlmir ki, “Skenderbeu” ikinci hissədə fiziki cəhətdən çatdırmırdı?
- Xeyr. Heç bir yorğunluq yox idi. Sadəcə, “Neftçi” hücumda fəallaşdığı üçün, biz müdafiəyə çəkilmək məcburiyyətində qalmışdıq.

- “Skenderbeu” cavab matçında daha çox hücum etməyi düşünür?
- Mən hələ ilk dəqiqələrdən bir və ya iki hücumçu ilə oynayacağımıza qərar verməmişəm. Hər şey Morina ilə Peyiçin durumundan asılı olacaq.