21 iyul 2013 11:25
Sumqayıtın Gürcüstanda 2-ci qələbəsi (VİDEO, FOTOLAR)
Xəbər verdiyimiz kimi, Gürcüstanda təlim-məşq toplanışını davam etdirən "Sumqayıt" qonşu ölkədə ikinci yoxlama görüşünə çıxıb. Azerisport.az xəbər verir ki, Aqil Məmmədovun rəhbərlik elədiyi komanda Premyer Liqa təmsilçisi "Merani Martvili" ilə üz-üzə gəlib.
Görüş sumqayıtlıların 2:1 hesablı qələbəsi ilə başa çatıb. "Sumqayıt"ın heyətində Nurlan Novruzovla Vüqar Əsgərov fərqlənib.
Qeyd edək ki, “Sumqayıt” bundan öncə birinci liqa təmsilçisi “Mertsxali” ilə qarşılaşmış və 3:0 hesabı ilə qalib gəlmişdi. Komanda Gürcüstandakı 3-cü yoxlama oyununu isə iyulun 22-də "Quriya Lançxuti"yə qarşı keçirəcək.
