22 iyul 2013 00:17
Xəzər Lənkəran və Qəbələnin sabiq üzvü Türkiyə klubunda
2008-ci ildən ölkəmizdə çıxış edən Muammer Erdoğdunun yeni iş yeri müəyyənləşib. Azerisport.az xəbər verir ki, türk futbolçu karyerasını vətənində davam etdirəcək.
Belə ki, Muammer PTT Birinci liqanı təkr edən “Kartalspor”la anlaşıb. 26 yaşlı müdafiəçi yeni klubu ilə 1 illik müqavilə imzalayıb.
Qeyd edək ki, “Galatasaray”ın yetirməsi olan Erdoğdu 2008-ci ildə gəldiyi ölkəmizdə “Xəzər Lənkəran”ın (2008-2009), “Turan”ın (2009-2011, 2012), “Kəpəz”in (2011) və “Qəbələ”nin (2012) formasını geyinib.
