21 iyul 2013 12:07
Simurqun Avstriyada 9-cu məşq günü (FOTOREPORTAJ)
Avstriyadkıa təlim-məşq toplanışını davam etdirən "Simurq" hazırlığın 9-cu günündə də iki məşqə çıxıb. Azerisport.az xəbər verir ki, baş məşqçi Georgi Çixradzenin yetirmələri səhər hazırlığında isinmə hərəkətlərindən sonra fiziki gücün artırılması ilə bağlı təmrinləri yerinə yetirib.
Məşqin əsas hissəsində isə taktiki və texniki tapşırıqlar yerinə yetirilib. Qapıya zərbələrlə hazırlıq tamamlanıb.
İki saata yaxın davam edən axşam məşqi isə əsasən taktiki təmrinlər üzərində qurulub. Qısa və uzun öturmələrdən sonra isə hazırlıq "kvadrat" oynamaqla davam edib. İki qrupa bölünən "sarı-qaralar" ikitərəfli oyun keçiriblər. Məşqin sonunda isə cərimə zərbələrinin yerinə yetirilməsi ilə hazırlıq tamamlanıb.
"Simurq" hazırlığın növbəti günündə iki məşqlə davam etdirəcək. İyulun 22-də isə Zaqatala təmsilçisi təlim-məşq toplanışının planına əsasən Avstriyada növbəti yoldaşlıq görüşünə çıxacaq.
