22 iyul 2013 00:26
“Neftçiyə qarşı Korçedə daha yaxşı oynayacağıq”
Albaniyanın “Skenderbeu” klubunun yarımmüdafiəçisi Gilman Lika UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində “Neftçi”yə qarşı keçirəcəkləri cavab matçı öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
“Biz Korçedə Bakıdakından daha yaxşı oynayacağıq. Fikrimcə, biz növbəti mərhələyə keçəcək gücdəyik. İlk oyunun da nəticəsi tam ədalətli oldu. 0:0 oyunun gedişatında uyğun idi. Biz ilk dəqiqədən sonadək çox yaxşı oynadıq. Əminəm ki, bundan da artığına nail ola bilərik. Çünki bizim çox güclü komandamız var. Şübhəsiz ki, “Neftçi” də Korçedəki oyunda daha fəal hücum edəcək. Amma ümid edirəm ki, bəxt bizim üzümüzə güləcək və növbəti mərhələyə keçəcəyik”.