22 iyul 2013 00:30
Kadleç: Xəzər Lənkərana qol vurduğum üçün şadam
Türkiyənin “Fenerbahçe” klubunun çexiyalı hücumçusu Mixal Kadleç Lənkəranda “Xəzər Lənkəran”a qarşı keçirdikləri yoldaşlıq matçından sonra fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, 4:0 hesabıyla qalib gəldikləri görüşdən sonra bunları söyləyib:
“Çox yaxşı oyun oldu. “Fenerbahçe”də ilk qolumu vurdum. Buna görə çox şadam. Son iki oyunda qələbə qazanmışıq. Bu, bizi sevindirməyə bilməz”.
