22 iyul 2013 00:42

Rövnəq Abdullayev: Berti Foqtsun alternativləri haqda müqavilə başa çatdıqdan sonra danışarıq

Lənkəranda keçirilmiş “Xəzər Lənkəran”la Türkiyənin “Fenerbahçe” klubu arasında keçirilmiş yoldaşlıq matçından (0:4) sonra AFFA prezidenti Rövnəq Abdullayev jurnalistlərin suallarını cavablandırıb.
 
- Oyunla bağlı nə deyərdiniz?
- Belə oyunlar Azərbaycan futbolu üçün çox faydalıdı. Fikrimcə, bu gün səviyyə fərqi öz sözünü dedi. Ümid edək ki, bizim futbolçular da nə vaxtsa onların səviyyəsinə çatacaqlar.
 
- Stadiondakı atmosfer xoşunuza gəldi?
- Əlbəttə. Hər şey çox yüksək səviyyədə idi.
 
- Sizcə, qarşıda Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində “Maccabi” (Hayfa, İsrail) ilə oyunu olan komandaya belə bir görüş lazım idimi?
- “Xəzər Lənkəran”ı “Maccabi” ilə həqiqətən də vacib oyun gözləyir. Amma futbolçulara təcrübə qazanmaq da lazımdı. Belə oyunlar komandaya kömək etməlidi. İsraillilərlə oyun öncəsi bundan gözəl məşq ola bilməzdi.
 
- “Xəzər Lənkəran”ın “Maccabi” ilə cavab oyunundakı şanslarını necə qiymətləndirirsiz?
- İlk oyundakı məğlubiyyət (0:2) “Xəzər Lənkəran”ın işini çətinləşdirir. Amma fikrimcə, komandanın hələ üçüncü təsnifat mərhələsinə çıxmaq şansı qalır və məğlubiyyətin əvəzini çıxmaq olar.
 
- AFFA-nın baş katibi Elxan Məmmədov bəyan edib ki, tezliklə yığmanın baş məşqçisi Berti Foqtsa əvəzləyici axtarmağa başlayacaqsız...
- Foqtsla hələ müqaviləmiz var. Bu barədə müqavilə başa çatandan sonra danışarıq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.