21 iyul 2013 22:55

Fenerbahçe Lənkərandan 4 cavabsız qolla qalib ayrıldı (YENİLƏNİB)

Bu gün Lənkəranda böyük bir futbol bayramı baş tutub. Azerisport.az xəbər verir ki, “Xəzər Lənkəran” Türkiyənin “Fenerbahçe” klubu ilə yoldaşlıq görüşündə üz-üzə gəlib.
 
Qeyd edək ki, qardaş ölkə nəhəngi Azərbaycana əsas heyətlə təşrif buyurmuşdu. Hər iki komanda üçün qarşıdakı avrokubok oyunlarına hazırlıq xarakteri daşıyan görüş anşlaqla yadda qaldı. 90 dəqiqənin tamamında "Fenerbahçe" 4 cavabsız qolla qələbə qazanıb.
 
Maraq üçün xatırladaq ki, “Xəzər Lənkəran” bir neçə il öncə Türkiyənin daha bir nəhəngi “Beşiktaş”la da belə bir dostluq matçı keçirmişdi. İstanbulda keçirilən həmin görüş də “qara qartallar”ın 4:0 hesablı qələbəsi ilə başa çatmışdı.
 
Yoldaşlıq matçı
21 iyul
 
Xəzər Lənkəran – Fenerbahçe – 0:4 (0:2)
Qollar: M.Kadleç, 4 (0:1), P.Vebo, 45 (0:2), M.Topuz, 89 (0:3), R.Meyreleş, 90+3 (0:4).
Baş hakim: Vüsal Əliyev.
Lənkəran şəhər stadionu.
 
XƏZƏR LƏNKƏRAN: Orxan Sadıqlı (Duqlas Leyte, 46), Vanderson Skarduelli (Sadio Tounkara, 56), Elnur Allahverdiyev (Eder Bonfim, 46), Alvaro Silva, Adrian Pit (Radomir Todorov, 46), Uğur Pamuk, Adrian Skarlatake, Zohair Benuahi (Ağabala Ramazanov, 77), Rahid Əmirquliyev (Nikola Qliqorov, 46), Elnur Abdullayev (Marin Orsuliç, 46), Franko Nildo.
Ehtiyat oyunçular: Toni Doblas, Rasim Ramaldanov.
FENERBAHÇE: Volkan Dəmirəl (Serkan Kırıntılı, 46), Bekir İtegün (Caner Erkin, 46), Yozef Yobo (Selcuk Şahin, 46), Bruno Alveş (Serdar Kesimal, 69), Mikal Kadleç (Raul Meyreleş, 46), Alper Potuk (Ali Kaldırım, 46), Samuel Holmen (Mehmet Topal, 46), Əmrə Belözoğlu (Kristian Baroni, 46), Dirk Kuyt (Mussa Sou, 59), Pyer Vebo (Miloş Krasiç, 46), Miroslav Stok.
Ehtiyat oyunçular: Mert Günok, Mehmet Topal.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.