21 iyul 2013 13:02
Rəvan hazırlıqları davam etdirir
Yeni mövsümə hazırlıqlarını Sloveniyada davam etdirən "Rəvan” məşqlərə ara vermir. Azerisport.az xəbər verir ki, oyun olmayan tarixlərdə gündə iki dəfə məşq edən komanda belə desək, fiziki yüklənməyə alışır.
Ötən gün səhər məşqi fiziki hazırlığın yüksəldilməsinə hesablanmışdı. Axşam çalışmalarında isə futbolçular taktiki-texniki hazırlıqlarını yüksəltməyə çalışınlar. Məşq əllə top oynamaqla başlayıb. Ardından yüngül fiziki təmrinlər yerinə yetirən futbolçular "slalom”u dəf edib qapıya zərbələr vurub. Təktoxunuşlu ötürmələrlə topu özündə saxlamağa yönəlik prosesdən sonra qapıya zərbələr üzərində iş gedib.
Hazırlıq iki tərəfli oyunla yekunlaşıb. "Yaşıllar” "ağlar”ı 6:5 hesabı ilə üstələyib. (klub saytı)
