22 iyul 2013 01:25
Rəvan Serbiya klubu ilə sülh bağladı (YENİLƏNİB)
Yeni mövsümə hazırlığın ikinci mərhələsini Sloveniyada həyata keçirən "Rəvan” bu gün sözügedən ölkədə üçüncü sınaq matçına çıxıb. Azerisport.az xəbər verir ki, Ramil Əliyev yetirmələrini bu dəfə Serbiya Super Liqasında mübarizə aparan “Cukaricki” klubu ilə görüşdə sınayıb.
Qarşılaşmada hesab açılmayıb.
Xatırladaq ki, “Rəvan”ın Sloveniyadakı ilk rəqibi yerli “Aluminij” klubu olmuşdu – 1:1. İkinci oyununda isə “aslanlar” Serbiyanın digər elita təmsilçisi “Donji Srem”ə 0:2 hesabıyla məğlub olmuşdu.
Yoxlama oyunu
21 iyul
Rəvan – Cukaricki - 0:0
