21 iyul 2013 13:29
Bakı Numancia və Betisin oyunçuları ilə güclənir
Avstriyada təlim-məşq toplanışında olan “Bakı” bu gün İtaliyada yerli “Udinese”yə qarşı keçirəcəyi son yoxlama matçı ilə hazırlıqlarını yekunlaşdıracaq. Azerisport.az xəbər verir ki, paytaxt klubu bu matçdan sonra vətənə dönəcək.
“Zolaqlılar” məşqlərlə yanaşı heyətini gücləndirməyi də unutmur. Komandanın düşərgəsinə baxışa çağırılan sloveniyalı sol cinah müdafiəçisi Yure Travner, eləcə də kiprli müdafiəçi Georgias Pelageasın aqibəti hələ ki, dəqiq bilinmir.
Bu arada baş məşqçi Milinko Pantiçin komandasını iki ispaniyalı futbolçu ilə gücləndirməyə hazırlaşdığı məlum olub. Onların adları açıqlanmasa da, İspaniyanın “Numancia” və “Betis” klublarında çıxış etdiyi bildirilir. Hər iki ispaniyalı Bakıya birbaşa müqavilə imzalamağa gələcək.
