21 iyul 2013 13:47

Leroy Corc: Piasta üçüncü qolu vur bilsəydim, onda məni tərifləmək olardı

“Qarabağ”ın vingeri Leroy Corcun azerisport.az saytına müsahibəsi
 
- Avroliqanın ikinci təsnifat mərhələsində Polşa “Piast”ı üzərindəki 2:1 hesablı qələbə ilə başladınız. İlk oyunla bağlı nə deyə bilərsiz?
- Fikrimcə, pis oyun keçirmədik. Qələbəyə tam layiq idik. Amma təəssüf ki, qapımızdan qol buraxdıq. Bu, cavab matçı öncəsi işimizi çox çətinləşdirib. Lakin nəzərə alsaq ki, oyunun gedişində məğlub durumda idik, bu qələbəyə görə də sevinməyə dəyər.
 
- “Qarabağ” siz meydana çıxdıqdan sonra daha yaxşı oynamağa başladı...
- Deməzdim ki, oyunun gedişini yalnız mənim meydana çıxmağım dəyişdi. Bütün komanda ikinci hissədə daha yaxşı oynadı. Əgər üçüncü qolu vura bilsəydim, o zaman məni tərifləmək olardı.
 
- Hələlik ikinci hissədə oyuna qoşulursuz. Bunun səbəbi nədi?
- Bu sualı baş məşqçiyə verməyiniz daha yaxşı olardı. Fikrimcə, bu, mənim komandada yeni olmağımla bağlıdı. Komandaya tam uyğunlaşmağım üçün zamana ehtiyacım var. Həm də indi hələlik mövsümün əvvəlidi. Qarşıda uzun marafon var.
 
- Cavab matçından nə gözləyirsiz?
- Polşada bizə çətin olacaq. Bizə mütləq qol vurmaq lazım gələcək. Ən azı bir qol vurmalıyıq. Düşünürəm ki, biz növbəti mərhələyə çıxmağa yaxınıq.
 
- Komanda yoldaşlarınız adətən çox ehtiyatlı danışırlar. Hətta üstün olduqları şəraitdə belə rəqibdən çəkinmək lazım olduğunu dilə gətirirlər. Siz isə deyəsən bu baxımdan daha inamlısız...
- Hesab edirəm ki, hətta minimal üstünlük də bizi ümumi uğura daha yaxın edir. Amma bu, arxayınlaşmağımıza əsas vermir. Bu şansı əldən verməmək üçün daha çox çalışmağımız lazımdı.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.