22 iyul 2013 18:15
Samsunsporun baş məşqçisi Azərbaycanda futbolçu axtarır
Türkiyənin “Samsunspor” klubunun baş məşqçisi Hüseyn Kalpar Azərbaycana səfər edib. Azerisport.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Həmkarlarımıza müsahibə verən türk mütəxəssis artıq Türkiyəyə döndüyünü bildirib:
“Azərbaycana bəzi oyunçuları izləməyə getmişdim. Stopper, sağ cinah və hücumçu alacağıq. Bu futbolçuları heyətə qatdıqdan sonra daha yaxşı komanda olacağıq”.
