22 iyul 2013 11:07

Bledi Şkembi: Neftçi ilə cavab matçında arzumuzu gerçəkləşdirə bilərik

Albaniyanın “Skenderbeu” klubunun kapitanı Bledi Şkembi Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin “Neftçi” ilə cavab matçı öncəsi fikirlərini açıqlayıb. Azerisport.az sizi həmin müsahibə ilə tanış edir.
 
- Bakıdakı oyunun nəticəsi sizə sərf edir?
- Əgər oyundan öncə mənə desəydilər ki, 90 dəqiqə belə bitəcək, çox sevinərdim. Amma indi cavab görüşü barədə düşünmək lazımdı. Əminik ki, Bakıdakından daha yaxşı oynaya bilərik.
 
- İndi “Skenderbeu”nun növbəti mərhələyə “Neftçi”dən daha yaxın olduğunu demək olar?
- Deməzdim. “Neftçi” yaxşı komandadı. Onlar Korçedə bizə qol vura bilərlər. Elə olsa, bizim işimiz çox çətinləşəcək. Məncə, Bakıdakı heç-heçədən sonra şanslar sadəcə bərabərləşib - əllinin əlliyə.
 
- “Skenderbeu”nun Bakıdakı oyunu xoşunuza gəldi?
- Hər şey düşündüyümüz kimi getmədi. Amma qol buraxmamaq vəzifəsinin öhdəsindən gələ bildik. Təəssüf ki, bizdə həlledici zərbələr çatışmırdı. Halbuki, səfər qolu bizə çox kömək edərdi. Məhz bu üzdən hələ heç nəyin həll olunmadığını düşünürəm.
 
- Cavab matçından nə gözləyirsiz?
- Bu, karyeramda çox vacib 90 dəqiqə olacaq. Mümkündü ki, klub üçün tarixi bir oyundu. Bizə Azərbaycandakı ilə müqayisədə daha yaxşı oynamaq lazımdı. Bütün oyunçular 200 faiz güc sərf etməlidi. Əgər bəxtimiz gətirsə, biz öz arzumuzu gerçəkləşdirə bilərik.
 
- Azərbaycan mətbuatı “Skenderbeu”nun oyunçularını az qala aktyor adlandırıb...
- Hər komandanın öz oyun üslubu var. Mən futbolçularımızın qəsdən vaxt öldürdüyünü düşünmürəm. Yəqin ki, bu, onların məyusluğundan irəli gəlir. Oyundan öncə keçirilən mətbuat konfransında da demişdim ki, biz “Neftçi”yə hörmət edirik, amma qorxmuruq. Halbuki, rəqibimiz bizi az qala darmadağın etməyə söz vermişdi.
 
- “Skenderbeu” üçüncü təsnifat mərhələsinə çıxa biləcək?
- Fikrimcə, hə. Ümid edirəm ki, mənim arzularım reallaşacaq. (Panorama)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.