22 iyul 2013 11:58
Mübariz Mənsimov Con Toşakla görüş keçirdi
“Xəzər Lənkəran”ın fəxri prezidenti Mübariz Mənsimov komandanın baş məşqçisi Con Toşakla görüşüb. Azerisport.az xəbər verir ki, görüş ötən gün baş tutan Türkiyənin “Fenerbahçe” klubu ilə yoldaşlıq matçından sonra keçirilib.
Mənsimov komandaya Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində İsrail “Maccabi”si (Hayfa) ilə cavab matçı öncəsi uğurlar arzulayıb. Eləcə də, komandanın durumu müzakirə olunub.
Mənsimovun iyulun 25-də keçiriləcək cavab matçını canlı izləmək üçün yenidən Lənkərana gəlməsi gözlənilir.
