22 iyul 2013 11:46
Rəvan yenə qələbə qazana bilmədi (VİDEO)
Yeni mövsümə hazırlıqlarını Sloveniyada davam etdirən "Rəvan” ötən gün növbəti yoxlama oyununu keçirib. Azerisport.az xəbər verir ki, komanda məskunlaşdığı "Draş Center Hotel”in yaxınlığındakı bazada Serbiya elitasının nümayəndəsi "Cukaricki” ilə üz-üzə gəldi.
Gərgin idman mübarizəsi şəraitində keçən oyunda "Rəvan” ərazi üstünlüyünə malik olsa da, hesabı dəyişmək mümkün olmayıb. Əsas diqqəti müdafiəyə ayıran, fiziki gücə söykənən futbol sərgiləyən serblər sona qədər qapısının toxunulmazlığını qoruya bilib. Beləliklə, oyun 0:0 hesabı ilə başa çatıb.
