22 iyul 2013 11:33
Simurq İstanbul BB ilə üz-üzə gələcək
Yeni mövsümə hazırlığın üçüncü mərhələsini Avstriyada keçirən "Simurq" məşqlərə ara vermir. Azerisport.az xəbər verir ki, komanda ötən gün hazırlığı əsasən taktiki təmrinlər üzərində qurub.
Georgi Çixradzenin yetirmələri topla qısa və uzun məsafəli ötürmələrdən sonra müxtəlif gedişli hücumların təşkilindən ibarət tapşırıqları yerinə yetirib. Günün son məşqində isə ikitərəfli oyunla hazırlıq tamamlanıb.
Zaqatala təmsilçisi bu gün Avstriya toplanışı çərçivəsində ikinci yoxlama görüşünə çıxacaq. Rəqib "İstanbul Böyükşəhir Bələdiyyəspor" olacaq. Qarşılaşma Bakl vaxtı ilə 20:30-da start götürəcək.
