22 iyul 2013 12:09

Simurq Avstriya və İsrail klublarının üzvlərini baxışa çağırdı (FOTO)

Yeni mövsümə hazırlığın üçüncü mərhələsini Avstriyada keçirən "Simurq" məşqlərlə yanaşı transfer çalışmalarını da davam etdirməkdədi. Azerisport.az xəbər verir ki, ötən gün komandanın düşərgəsinə baxış üçün dəvət edilmiş daha iki futbolçu qoşulub.
 
Bunlar yarımmüdafiəçi Patrik Osiako və müdafiəçi Dario Dakoviçdi.
 
Qeyd edək ki, 1986-cı ildə anadan olan keniyalı Patrik ölkəsinin yığma komandasında da forma geyinir. 2006-cı ildən dəvət aldığı millidə 7 oyun keçirmiş yarımmüdafiəçinin son klubu İsrailin Ber-şeva şəhərinin təmsilçisi olan "Hapoel" klubu olub. Osiako 2003-2004 mövsümündə “Coast Stars” (14 oyun), 2005-2006 mövsümündə “Tusker” (15 oyun, 3 qol), 2007-2011-ci illər aralığında “Mjällby” (125 oyun, 6 qol), 2012-ci ildə “Petrolul” (11 oyun, 1 qol) kimi klublarda çıxış edib. 2012-2013 mövsümündə çıxış etdiyi “Hapoel”də isə o, 28 görüş keçirib.
 
26 yaşlı Dakoviç isə Avstriyanın "Wacker Innsbruck" komandasından dəvət olunub. O, müdafiəçidi. 2006-cı ildən etibarən “Wacker Innsbruck”da çıxış edir. Dario yalnız 2006-2007 mövsümündə “Wattens” (14 oyun), 2008-ci ildə isə “Hall”da (12 oyun) icarədə çıxış edib. “"Wacker Innsbruck"da 84 oyuna 2 qolla yadda qalan futbolçu hazırda azad agentdi.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.