22 iyul 2013 12:23
Əziz Yıldırım: Azərbaycandakı stadionlar Türkiyədəkilərdən fərqlənmir
Türkiyənin “Fenerbahçe” klubunun prezidenti Əziz Yıldırım “Xəzər Lənkəran”la yoldaşlıq oyunundan sonra fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, Azərbaycan futbolunun inkişafından danışıb:
“Mübariz Mənsimovla dostluq. AFFA prezidenti Rövnəq Abdullayevlə də yaxşı münasibətlərimiz var. “Xəzər Lənkəran” klubunun 10 illiyidi. Bu klubun belə bir günündə burda olmaq mənim üçün çox xoş idi. Bu komandaya uzun ömür, bol uğurlar arzulayıram. Azərbaycanda futbola sərmayələr qoyulur. Stadionlar isə Türkiyədəkindən heç nə ilə fərqlənmir”.
