23 iyul 2013 00:15
Simurq İstanbul BB üzərində qələbəni əldən verdi (YENİLƏNİB)
Avstriyanın Tirol şəhərində yay təlim-məşq toplanışını davam etdirən “Simurq” bu gün hazırlıq çərçivəsində ikinci yoxlama oyununa çıxıb. Azerisport.az xəbər verir ki, Zaqatala klubunun rəqibi Türkiyənin “İstanbul BB” komandası olub.
Qarşılaşmada hesabı Tagim Novruzovun qolu ilə "Simurq" açıb. Amma ilk yarıda azlıqda qalmasına baxmayaraq, fasilədən sonra Türkiyə təmsilçisi cavab qolunu vurmağı bacarıb. Nəticədə görüş sülhlə bitib.
Qeyd edək ki, “Simurq” bundan öncə Yunanıstanın “Olimpiakos” klubu ilə qarşılaşmış və 1:2 hesabıyla məğlub olmuşdu. Zaqatala klubu Türkiyə toplanışı zamanı da üç yoxlama oyunu keçirmişdi. Georgi Çixradzenin yetirmələri həmin oyunlardan ikisində heç-heçə etmiş, birində uduzmuşdu.
Yoxlama oyunu
22 iyul
Simurq – İstanbul BB - 1:1 (1:0)
Qol: Novruzov, 26 (1:0)
"Simurq"un start heyəti: Pavel Kapsa, Tural Axundov, Anderso Oliveyra, Ruslan Poladov, İlkin Qırtımov, Dilaver Zrnanoviç, Orxan Səfiyaroğlu, Stepan Polyak, Nenad Kiso, Tagim Novruzov, Eudis Silva.
