23 iyul 2013 00:47
Neftçi Skenderbeu ilə oyuna qara sarğı ilə çıxacaq
Bu gün UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsində Azərbaycan çempionu “Neftçi” səfərdə Albaniyanın “Skenderbeu” klubunun qonağı olacaq. Azerisport.az xəbər verir ki, təmsilçimiz Korçedə keçiriləcək qarşılaşmaya qara sarğı ilə çıxacaq.
Bu barədə klubun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə məlumat verib.
Məlum olduğu kimi, iyulun 23-ü Ağdamın işğalı günüdü. Abbaszadənin sözlərinə görə, “Neftçi” belə bir gündə meydana qara sarğı ilə çıxmaq üçün UEFA-ya müraciət ünvanlayıb. Təmsilçimiz oyundan öncə 1 dəqiqəlik sükutun olmasını da istəyib.
