22 iyul 2013 13:23
Rahid Əmirquliyev: Evdə Maccabiyə qol buraxmadan 3 qol vura bilərik
“Xəzər Lənkəran”ın kapitanı Rahid Əmirquliyevin Türkiyənin “Fenerbahçe” klubu ilə yoldaşlıq matçından (0:4) sonra azerisport.az saytına müsahibəsi
- Oyun haqda nə deyə bilərsiz?
- Bu, yoldaşlıq oyunu idi. Şou xarakteri daşıyırdı. Biz bu oyuna Avropa Liqasının ikinci təsnifat mərhələsindəki rəqibimiz “Maccabi” (Hayfa, İsrail) cavab görüşünə hazırlıq gözüylə baxırdıq. Müxtəlif mövqelərdə bəzi yoxlamalar apardıq.

- Deyəsən sizin vurğuladığınız şounu yalnız qonaqlar göstərə bildilər...
- Düzdü, 0:4 hesabıyla uduzduq. Amma buna baxmayaraq, nəticə bizim üçün əhəmiyyət daşımırdı. Şou sadəcə azarkeşlərə lazım idi. Ümid edirəm ki, onlar istəklərinə çatdılar.
- “Fenerbahçe”nin qapısına ən azı bir qol vurmağınıza nə mane oldu? Axı azarkeşlər sizdən qol gözləyirdilər...
- Biz sadəcə bir qol vurmaq üçün yox, qələbə qazanmaq üçün meydana çıxmışdıq. Amma səviyyə fərqi buna mane oldu.
- Biz sadəcə bir qol vurmaq üçün yox, qələbə qazanmaq üçün meydana çıxmışdıq. Amma səviyyə fərqi buna mane oldu.
- Yəni belə rəqiblər Azərbaycan klublarının dişinə görə deyil?
- (gülümsəyir) “Fenerbahçe” ilə “Xəzər Lənkəran”ı müqayisə etmək ağılsızlıq olardı. Tamamilə fərqli komandalardı.
- (gülümsəyir) “Fenerbahçe” ilə “Xəzər Lənkəran”ı müqayisə etmək ağılsızlıq olardı. Tamamilə fərqli komandalardı.
- “Maccabi” ilə cavab oyunu ərəfəsində bu görüşə nə dərəcədə ehtiyac var idi? Yorğunluq olmayacaq ki?
- Həmin oyuna qədər bərpa prosesi üçün vaxtımız var. Problem olmamalıdı.
- Həmin oyuna qədər bərpa prosesi üçün vaxtımız var. Problem olmamalıdı.
- “Maccabi”yə 2 cavabsız qolla uduzduğunu nəzərə alsaq, komandanızın cavab matçındakı şanslarını necə qiymətləndirə bilərsiz?
- Şansımız hələ də var. Niyə də “Maccabi”ni keçməməliyik?
- Şansımız hələ də var. Niyə də “Maccabi”ni keçməməliyik?
- İlk oyun göstərdi ki, “Xəzər Lənkəran” indiki heyətlə bu rəqibdən iki qolun əvəzini artıqlamasıyla çıxmağa qadir deyil...
- Bəli, biz İsraildə çox pis oynadıq. Amma bu, bizim şanslarımızı azaltmır. Biz orda 2-3 qol vəziyyəti yaratdıq. Sadəcə, dəyərləndirə bilmərdik. İndi bunu evdə etməliyik.
- Komandanız qol buraxmamaq şərti ilə 3 qol vurmalıdı...
- Çalışacağıq. Bəs onda müdafiə xətti bizim nəyimizə lazımdı?