23 iyul 2013 00:58
Ajaxın yetirməsi Azərbaycan klubundan təklif alıb (FOTO)
Hollandiyanın “Utrecht” klubunun futbolçusu İsmo Vorstermans karyerasını Azərbaycanda davam etdirə bilər. Azerisport.az xəbər verir ki, 24 yaşlı mərkəz müdafiəçisi ölkəmizdən təklif alıb.
Bu barədə futbolçu özü məlumat verib. İsmo ölkəmizlə yanaşı, CAR və Bolqarıstandan da təklif alıb. O, hazırda təklifləri dəyərləndirir.
Qeyd edək ki, Vorstermans “Ajax”ın yetirməsidi və 2008-ci ildə “Utrecht”ə transfer olunub. O, bu komandada 17 oyunda 3 qol vurub. 2012-ci ilin əvvəlində “Venlo”ya icarəyə verilən holland futbolçu 30 qarşılaşmada 3 dəfə fərqlənib.
