22 iyul 2013 13:36
Futbolçularımızın hazırlıq proqramı açıqlandı (FOTO)
Türkiyənin “Denizlispor” klubu təlim-məşq toplanışının ilkin mərhələsini başa vurub. Azerisport.az xəbər verir ki, Saşa Yunisoğlu ilə Arif İsayevin çıxış etdiyi komanda indiyə qədər klubun bazasında hazırlıq keçirdi.
Bu gün isə Dənizli klubu Boluya təlim-məşq toplanışına yollanıb. 29 nəfərlik heyətdə futbolçularımız da yer alıb.
Qeyd edək ki, “Denizlispor” avqustun 2-dək hazırlıq keçəcəyi Boluda yoxlama oyunlarına da çıxacaq. İyulun 24-də həmyerlilərimizin komandasını “Rustavi” ilə görüş gözləyir. Ümumilikdə 4 hazırlıq matçı keçirəcək komandanın digər rəqibləri bəlli deyil. Toplanış başa çatandan sonra isə “Denizlispor” TSYD kubokunda iştirak etmək üçün İzmirə gedəcək.
