23 iyul 2013 01:09
Skenderbeunun azarkeşləri Neftçi üçün sürpriz hazırlayıblar
UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsində səfərdə Albaniyanın “Skenderbeu” klubunun qonağı olacaq Azərbaycan çempionu “Neftçi”ni sürpriz gözləyir. Azerisport.az xəbər verir ki, bu sürprizi Albaniya təmsilçisinin azarkeşləri hazırlayıblar.
Korçedəki oyuna yerli fanatlar da ciddi hazırlaşırlar. Onların 20 metrlik banner və şou hazırladığı bildirilir.
“Skenderbeu”nun fanatlarından biri bunu belə izah edib: “Bu, əsl şou olacaq”.
