23 iyul 2013 01:25
Neftçi Korçedə qalmaqalla üzləşdi
Azərbaycan çempionu “Neftçi” Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Albaniyanın “Skenderbeu” klubu ilə cavab matçı öncəsi ötən gün son məşqə çıxıb. Azerisport.az xəbər verir ki, komandamızın son hazırlıq prosesi qaydalara uyğun olaraq Korçe şəhərindəki “Skenderbeu” stadionunda baş tutub.
Lakin futbolçular komandamızı arenaya aparan avtobusu tərk edən kimi, yerli fanatların təzyiqi ilə üzləşiblər. Onlar “Neftçi”nin futbolçularının ünvanına təhqir dolu şüarlar səsləndiriblər. Hətta yerli fanatlar pirotexniki vasitələrdən də yararlanıblar. Amma bu kiçik qalmaqal “ağ-qaralar”ın məşqə vaxtında çıxmasına mane olmayıb.
Qeyd edək ki, bu komandalar arasında Bakıda keçirilmiş ilk oyun qolsuz başa çatıb.
Qeyd edək ki, bu komandalar arasında Bakıda keçirilmiş ilk oyun qolsuz başa çatıb.
