25 iyul 2013 01:45
Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinə yekun vuruldu (YENİLƏNİB)
UEFA Çempionlar Liqasında ikinci təsnifat mərhələsinə yekun vurulub. Azerisport.az xəbər verir ki, Azərbaycan çempionu “Neftçi”nin Albaniya “Skenderbeu”su ilə mübarizə apardığı bu mərhələnin ilk oyun günündə komandamızın qarşılaşması ilə yanaşı daha 12 görüş baş tutub.
“Neftçi” – “Skenderbeu” cütünün üçüncü təsnifat mərhələsindəki potensial rəqibləri “Şaxtyor” və BATE Qazaxıstanda üz-üzə gəlib. Son illər avrokubokların ən sürpriz komandalarından sayılan Belarus klubu gözlənilmədən evdə uduzdu Qazaxıstan çempionunu səfərdə yenməyə çalışsa da, buna nail ola bilməyib. Əkinə evdə də oxşar hesabla qalib gələn "Şaxtyor" "Neftçi"ni mübarizədən kənarlaşdıran "Skenderbeu"ya rəqib olub.
“Sutjeska” ilk oyunda heç-heçə etdiyi “Sheriff”lə qarşılaşıb. Moldova təmsilçisi darmadağınla növbəti mərhələyə adlayıb. “Nomme Kalju” səfərdə qolsuz heç-heçəyə razılaşdığı HJK ilə dueldən qalib ayrılaraq, adını üçüncü təsnifat mərhələsinin iştirakçıları sırasına yazdırıb. “Daugava”nı böyük hesabla darmadağın etmiş “Elfsborg” formal xarakter daşıyan cavab matçında da inamlı qələbə qazanaraq, növbəti mərhələyə vəsiqəni rəsmiləşdirib. “Molde” səfərdə minimal hesabla yendiyi “Sligo Rovers”i evdə də məğlub edib. “Streymur”a divan tutan qonşu ölkə təmsilçisi “Dinamo” da səfərdə formal xarakter daşıyan oyundan qalib ayrılıb. Təl-Əviv “Maccabi”si səfərdə yendiyi “Gyori ETO” klubuna evdə də qalib gəlibq. “Vardar” ilk oyunda böyük hesabla yenildiyi “Steaua”dan qisas almağa çalışsa da, buna nail ola bilməyib. "Celtic” isə “Cliftonville” ilə oyunda növbəti darmadağınını rəsmiləşdirmək şansına malik olsa da, iki qolla qalib gəlib. Zaqreb “Dinamo”su da oxşar şəkildə qələbə qazanıb. İlk oyunda 7 qolun vurulduğu “Zeljeznicar” ilə “Viktoria”nın bu dəfəki duelinin necə başa çatacağı maraqla gözlənilirdi. Çexlər növbəti qələbə sayəsində mərhələ keçiblər. “Hafnarfjordur” da səfərdə minimal hesabla yendiyi “Ekranas”ı mübarizədən kənarlaşdırmağı bacarıb.
Son gündə isə “Ludogorets” səfərdə məğlub olduğu “Slovan”dan qisas almaqla mərhələ keçib. İlk oyunlarında qol vura bilməyən “Maribor”la “Birkirkara”nın görüşü maraqla gözlənilirdi. Sloveniyalılar doğma meydanda qalib gəlməklə mərhələ adlayıblar. “Legia” səfərdə yendiyi TNS-ə eyni aqibəti yaşatmaqla tur keçib. “Partizan” rəqib meydanında yenə bilmədiyi “Shirak”ı evdəki qolsuz heç-heçə ilə yolundan kənarlaşdırlb.
Çempionlar Liqası
İkinci təsnifat mərhələsi (cavab oyunları)
23 iyul
Şaxtyor (Qazaxıstan) - BATE (Belarus) - 1:0 (İlk oyun - 1:0)
Qol: Zenkoviç, 84.
Sutjeska (Monteneqro) - Sheriff (Moldova) - 0:5 (1:1)
Qollar: Çadu, 14, Rikardinyo, 47, Fernando, 52; 65, Skripçenko, 86.
Nomme Kalju (Estoniya) - HJK (Finlandiya) - 2:1 (0:0)
Qollar: Çesay, 28, Kvinteri, 35 - Seveyc, 64.
Daugava (Latviya) – Elfsborg (İsveç) - 0:4 (1:7)
Qollar: Kin, 41, Klaesson, 61, Hult, 66, Andersson, 86-pen.
Molde (Danimarka) - Sligo Rovers (İrlandiya) - 2:0 (1:0)
Qollar: Linnes, 5, Koli, 77.
Streymur (Farer adaları) - Dinamo (Tiflis, Gürcüstan) - 1:3 (1:6)
Qollar: Danielsen, 27 - Xisko, 7, Dvali, 12, Gilşiç, 84.
Maccabi (Təl-Əviv, İsrail) - Gyori ETO (Macarıstan) - 2:1 (2:0)
Qollar: Ben Haim, 25, Zahavi, 79 - Martines, 86.
Vardar (Makedoniya) - Steaua (Rumıniya) - 1:2 (0:3)
Qollar: Kostovski, 45+1 - Georgiyevski, 23, Burçeanu, 72.
Celtic (Şotlandiya) - Cliftonville (Şimali İrlandiya) - 2:0 (3:0)
Qollar: Ambrose, 16, Samaras, 70.
Dinamo (Zaqreb, Xorvatiya) - Fola (Lüksemburq) - 1:0 (5:0)
Qol: Kramariç, 78-pen.
Zeljeznicar (Bosniya) - Viktoria (Çexiya) - 1:2 (3:4)
Qollar: Yamak, 45 Vaqner, 5, Petrjela, 30.
Hafnarfjordur (İslandiya) - Ekranas (Litva) - 2:1 (1:0)
Qollar: Sverisson, 38, Byörnsson, 90+2 - Buyniçki, 26-pen.
24 iyul
Ludogorets (Bolqarıstan) - Slovan (Slovakiya) - 3:0 (1:2)
Qollar: Stoyanov, 4, Abalo, 12; 78.
Maribor (Sloveniya) - Birkirkara (Malta) - 2:0 (0:0)
Qollar: Çviyanoviç, 28, Viler, 47.
Legia (Polşa) - TNS (Uels) - 1:0 (3:1)
Qol: Dvalişvili, 53.
Partizan (Serbiya) – Shirak (Ermənistan) - 0:0 (1:1)
