23 iyul 2013 01:34
“Artıq Qarabağla cavab matçı barədə düşünməliyik”
Polşanın “Piast” klubunun müdafiəçisi Damian Zbozien Avropa Liqasının ikinci təsnifat mərhələsinin “Qarabağ”la cavab matçı öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, klub saytına açıqlamasında bunları söyləyib:
“Cracovia” ilə oyunun nəticəsindən (3:2) çox razıyam. Çempionatın startında üç xal qazanmaq bizim üçün çox vacib idi. Artıq “Qarabağ”la oyun haqda düşünə bilərik. Mən bütün azarkeşlərə səslənirəm! Azərbaycanlılar Bakıdakı görüşdə böyük oyun mədəniyyəti göstərdilər. İndi biz mərhələ keçmək üçün azarkeşlərimizin dəstəyinə ehtiyac duyuruq”.
Qeyd edək ki, “Qarabağ”la “Piast” arasındakı ilk oyunda təmsilçimiz 2:1 hesabıyla qalib gəlmişdi. Cavab görüşü isə iyulun 25-də keçiriləcək.
