22 iyul 2013 14:03
Maccacbi Lənkərana sabah gəlir
İsrailin “Maccabi” (Hayfa) klubu Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsindəki rəqibi olan “Xəzər Lənkəran”la cavab matçı üçün Azərbaycana gələcəyi tarixi müəyyənləşdirib. Azerisport.az xəbər verir ki, hayfalılar sabah Lənkərana yola düşəcəklər.
Komanda səfərə çarter reysi ilə yollanacaq. “Maccabi” ilə yanaşı Lənkərana 22 xüsusi təhlükəsizlik işçisi də gələcək. Çünki Lənkəranın coğrafi mövqeyinə görə İrana yaxınlığı, eyni zamanda bu iki ölkə arasındakı münasibətlərin o qədər də yaxşı olmaması israilliləri ehtiyatlı olmağa məcbur edir.
Qeyd edək ki, bu komandalar arasında Hayfada keçirilən ilk görüşdə İsrail təmsilçisi 2:0 hesabıyla qalib gəlmişdi. Cavab matçı isə iyulun 25-də Lənkəran şəhər stadionunda keçiriləcək və saat 21:00-da başlayacaq.
