23 iyul 2013 01:51
“Xəzər Lənkəranı keçmək üçün əlimizdən gələni edəcəyik”
İsrailin “Maccabi” (Hayfa) klubunun hücumçusu Şimon Abuhazira Avropa Liqasının ikinci təsnifat mərhələsinin “Xəzər Lənkəran”la cavab matçı öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, klub saytına açıqlamasında bunları söyləyib:
“Fikrimcə, 2:0 hesablı qələbə bizim üçün cavab matçı öncəsi çox yaxşı nəticədi. Amma bizi çox çətin səfər oyunu gözləyir. İstənilən halda biz mərhələ keçmək üçün əlimizdən gələni edəcəyik”.
Qeyd edək ki, “Xəzər Lənkəran”la “Maccabi” arasındakı ilk oyunda təmsilçimiz 0:2 hesabıyla məğlub olmuşdu. Cavab görüşü isə iyulun 25-də keçiriləcək.
