23 iyul 2013 01:42
Neftçinin oyununu 3500 azarkeş izləyəcək
Bu gün Albaniyanın Korçe şəhərində yerli “Skenderbeu” klubu Azərbaycan çempionu “Neftçi” ilə üz-üzə gələcək. Azerisport.az xəbər verir ki, UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində keçiriləcək qarşılaşmanı cəmi 3500 azarkeş izləyəcək.
Qeyd edək ki, əslində bu oyunun keçiriləcəyi “Skenderbeu” stadionu 12 000 azarkeş tutumuna malikdi. Amma sözegedən arenanın tribunaları UEFA standartlarına cavab vermir. Bu üzdən hətta oyunun başqa arenada keçirilməsi ehtimalı yaranmışdı. Amma “Skenderbeu” rəhbərliyi qısa müddət ərzində stadionun bir neçə tribunasında 3500 nəfərlik yeni oturacaqlar quraşdırmağa nail oldular və UEFA bu üzdən fərqli qərar çıxarmadı. Amma qitə futbol qurumu digər bütün sektorların azarkeşlər üçün bağlı olmasını tələb edib.
