22 iyul 2013 14:27
Xəzər Lənkəranın Maccabi ilə oyunu canlı yayımlanacaq
UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində keçiriləcək "Xəzər Lənkəran"la İsraili "Maccabi"si (Hayfa) arasındakı cavab oyunu canlı yayımlanacaq. Azerisport.az xəbər verir ki, futbolsevərlər Lənkəran şəhər stadionunda baş tutacaq oyunu Az.TV vasitəsilə canlı izləyə biləcəklər.
Qeyd edək ki, "Xəzər Lənkəran" - "Maccabi" oyunu iylun 25-də keçiriləcək və saat 21:00-da başlayacaq.
Bu komandalar arasında İsraildə baş tutmuş oyun komandamızın 0:2 hesablı məğlubiyyəti ilə başa çatıb.
