22 iyul 2013 14:41
İnter – Tromse matçı da canlı yayımlanacaq
UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində keçiriləcək "İnter"lə Norveç "Tromse"si arasındakı cavab oyunu canlı yayımlanacaq. Azerisport.az xəbər verir ki, futbolsevərlər “Bayıl Arena”da baş tutacaq oyunu “İdman Azərbaycan” vasitəsilə canlı izləyə biləcəklər.
Qeyd edək ki, "İnter" - "Tromse" oyunu iylun 25-də keçiriləcək və saat 21:00-da başlayacaq.
Bu komandalar arasında Tromsedə baş tutmuş oyun komandamızın 0:2 hesablı məğlubiyyəti ilə başa çatıb.
