23 iyul 2013 22:52
Qəbələ Türkiyə klubuna üç qolla qalib gəldi (YENİLƏNİB)
Növbəti mövsümün hazırlıqlarını davam etdirən "Qəbələ" bu gün təlim-məşq toplanışının 3-cü hissəsi çərçivəsində ilk yoxlama oyununu keçirib. Azerisport.az xəbər verir ki, Yuri Syominin komandası Türkiyə paytaxtı Ankaranı təmsil edən "Genclerbirligi" ilə qarşılaşıb.
Görüş Yuri Syominin yetirmələrinin inamlı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, matç Almaniyanın Münhen şəhərində - "Hans-Bayer" stadionunda baş tutub.
Yoxlama oyunu
23 iyul
Qəbələ - Genclerbirligi - 3:1
Qol: Ebesilio, 40-pen (1:0), Subotiç-pen, 52, Kamanan, 57 (3:0)
"Qəbələ"nin start heyəti: David Petrkeviç, Vladimir Levin, Omar Kalaban, Deyan Kelhar, Ürfan Abbasov, Lorenso Ebesilio, Nizami Hacıyev, Dodo, İbrahima Niasse, Yannik Kamanan, Daniel Subotiç.
