23 iyul 2013 02:17
Quus Hiddink istefa verdi
Rusiya Premyer Liqasında mübarizə aparan “Anji”nin baş məşqçisi Quus Hiddink sürpriz bir qərarla istefa verib. Azerisport.az xəbər verir ki, təcrübəli holland mütəxəssisin təklifi Mahaçqala klubunun rəhbərliyi tərəfindən qəbul edilib.
Hiddinq istefa verməsinə səbəb olaraq bunları deyib: "Mənim üçün çətin bir qərar idi. Amma hər zaman vəzifəmin klubu daha da yaxşılaşdırmaq və sonradan ayrılmaq olduğunu söyləyirdim. “Anji”nin parlaq bir gələcəyə sahib olduğunu düşünürəm”.
Artıq "Anji"nin yeni çalışdırıcısının adı məlumdu. Belə ki, klubun rəsmi saytı hollandiyalı baş məşqçi Rene Meulenstinin yeni baş məşqçi olduğunu rəsmən açıqlayıb.
