23 iyul 2013 02:28
Barcelonanın yeni baş məşqçisi bəlli oldu
İspaniyanın “Barcelona” klubunun yeni baş məşqçisi müəyyənləşib. Azerisport.az xəbər verir ki, Kataloniya təmsilçisi argentinalı mütəxəssis Xerardo Martino ilə razılığa gəlib.
“Newell's Old Boys” klubunun sabiq çalışdırıcısı ilə üç illik müqavilə imzalanacaq. “Tata” ləqəbli baş məşqçinin köməkçiləri Elvio Paolorroso və Xorxe Pautassonu da komandaya gətirəcəyi qeyd olunur.
Qeyd edək ki, Tata məşqçilik karyerası ərzində “Brown de Arrecifes”, “Platense”, “Instituto”, “Libertad”, “Cerro Porteno”, “Colon” klubları ilə yanaşı 2006-2011-ci illər aralığında Paraqvay millisini də çalışdırıb.
