22 iyul 2013 15:16
Neftçinin Skenderbeu ilə matçı canlı yayımlanmayacaq?
UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində “Neftçi” ilə Albaniya “Skenderbeu”su arasında keçiriləcək cavab oyunu canlı yayımlanmaya bilər. Azerisport.az xəbər verir ki, bu oyunun Azərbaycan dövlət televiziyası (Az.TV) vasitəsi ilə birbaşa nümayiş etdirilməsi gündəmdədi.
Amma telekanalın artıq açıqlanan proqramında “Neftçi”nin oyununun canlı yayımlanacağı göstərilmir. Əksinə, görüşün həmin gecə saat 00:30-dan etibarən videoyazı şəklində yayımlanacağı göstərilib.
Qeyd edək ki, “Skenderbeu” - “Neftçi” oyunu iyulun 23-də keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da başalayacaq. İlk oyunda qolsuz heç-heçə qeydə alınıb.
