22 iyul 2013 15:37
Simurq Beşiktaşla yoxlama oyunu keçirəcək
Avstriyada hazırlıqları davam etdirən "Simurq" iyulun 24-də daha bir yoldaşlıq görüşünə çıxacaq. Azerisport.az xəbər verir ki, komandamızın bu dəfəki rəqibi Türkiyənin dörd ən böyük klublarından biri olan "Beşiktaş" olacaq.
Qarşılaşma iyulun 24-də keçiriləcək. Bu Zaqatala təmsilçisinin Avstriyada yoldaşlıq görüşü keçirəcəyi ikinci Türkiyə klubu olacaq. Bu gün Zaqatala klubu "İstanbul BB" ilə oynayacaq.
27-də isə "Simurq"un sonuncu rəqibidə Super Liqa təmsilçisi "Kayserispor"olacaq.
Qeyd edək ki, "Simurq" - "Beşiktaş" oyunun başlama saatı Bakı vaxtı ilə 21:00 nəzərdə tutulub. Qarşılaşma Türkiyə kanallarından biri ilə canlı yayımlanacaq.
