22 iyul 2013 15:56
Sumqayıtdan daha bir transfer (FOTO)
"Sumqayıt" Futbol Klubu 2013/14 mövsümü üçün transfer çalışmalarını davam etdirir. Azerisport.az xəbər verir ki, ötən mövsümü bu klubda icarə əsasında keçirmiş Ruslan Qurbanov daha 1 il "Sumqayıt"da qalacaq.
22 yaşlı yarımmüdafiəçi klubla bir illik müqavilə imzalayıb. Onun transfer hüququ isə yenə “Neftçi”yə məxsusdu.
Qeyd edək ki, Ruslan Qurbanov ötən mövsüm Topaz Premyer Liqasında 24 oyunda 1753 dəqiqə meydanda olub və rəqib qapılarından 6 top keçirib.
