22 iyul 2013 16:12
Cihan Özkara Hollandiyada 23 dəqiqə oynadı (FOTO)
Cihan Özkaranın çıxış etdiyi “Sivasspor” klubu Hollandiyada ilk yoxlama oyununu keçirib. Azerisport.az xəbər verir ki, Türkiyə təmsilçisi yerli “Nijmegen” klubu ilə qarşılaşıb.
Oyun hollandların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Meydana çıxan futbolçular arasında Cihan da olub. O, Roberto Karlosun rəhbərliyi altında keçirdikləri ilk oyunda 23 dəqiqə mübarizə aparıb.
